Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ramil Usubov idmançını rəis təyin etdi - FOTO

Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman Fətəliyev Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, o bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi olub.

Qeyd edək ki, M.Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Xatırladaq ki, bundan öncə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev idi. O, ötən ay R.Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

***

R.Usubovun digər əmri ilə Yasamal rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Qəhrəman Qələndərov Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi təyin olunub.

www.yenicag.az

8741
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM