Ramil Usubov keçmiş rəisə vəzifə verdi

Daxili İşlər naziri Ramil Usubov sərəncama götürdüyü rəisi yeni vəzifəyə təyin edib.

Yenicag.az xəbər verir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə, Xocavənd rayon Polis şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynovu Beyləqan rayon Polis şöbəsinin Tədqiqat şöbəsinin rəisi təyin edib./Unikal.org/