Ramil Usubov keçmiş rəisə yüksək vəzifə verdi – TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

Yenicag.az-ın xəbərinə görə, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb./Report/