Daxili İşlər Nazirliyinin polkovniki təqaüdə göndərilib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.