Ramil Usubov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Eldar Bağırov Xocalı Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Bağırov buna qədər Xocalı və Göygöl Rayon Polis Şöbələrində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Faktı DİN-in mətbuat xidməti təsdiqləyib.

Yenicag.az