Mətbuatda Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilməsi barədə xəbər gedib.
Yenicag.az xəbər verir ki, General-mayor Şərif Əsədullayev Qafqazinfo ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib:
“Bu məlumat həqiqətə uyğun deyil. Hazırda təqaüddəyəm, heç bir işlə məşğul deyiləm. Sadəcə elmi və yaradıcı fəaliyyətlə məşğul oluram”.