“Bugünə kimi ölkədə koronavirus pandemiyası ilə bağlı 150 minə yaxın test həyata keçirilib”.
Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı məlumat verib.
Ramin Bayramlı bildirib ki, erkən müalicəyə cəlb edilmə nəticəsində xəstəliyə yoluxanların sayında azalma müşahidə olunur:
“Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb və sabahdan etibarən plazmalar alınaraq pasportlaşdırılacaq. Ağır xəstələrin müalicəsi isə davam etdirilir”.
Gülşən Şərif