Ramin Bayramlı: “Yaxın dövr ərzində koronavirusun dərmanının tapılacağı real görünmür”

“Yaxın dövr ərzində koronavirusun dərmanının tapılacağı real görünmür”.

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı məlumat verib.

Ramin Bayramlı bildirib ki, vətəndaşlar öz sağlamlığını təhlükəyə atçamaq üçün gigiyenik qaydalara ciddi əməl etməlidirlər:

“Virus təhlükəsindən qorunmaq üçün gigiyenik qaydalara əməl edilməsi məcburi xarakter almalıdır. Karantin qaydaları aradan qadırılandan sonra da hər kəs öz sağlamlığı üçün zəruri sosial davranışlara riayət etməlidir”.

Gülşən Şərif