Ramin Bayramlı yeni direktor təyin etdi

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Ramin Bayramlının avqustun 7-də imzaladığı əmrə əsasən, Həsənov Fərhad Rüfət oğlu xəstəxananın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən xəstəxananın direktoru Kabus Dadaşov vəzifəsindən azad olunmuşdu.

COP29