Ramin Hacılı azadlıqda

Ramin Hacılı azadlığa çıxıb.

Yenicag.az-ın məlumatına görə, R. Hacılı azadlığa çıxması ilə bağlı facebookda məlumat paylaşıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları ötən il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlunu saxlayıb.

COP29