!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramin Hacılı İlham Əliyevə təşəkkür etdi

!Reklam – Yazi

Həbsdə olan Ramin Hacılı Mehman Hüseynov barəsindəki cinayət işinə xitam verildiyinə görə, ölkə başçısı Prezident İlham Əliyevə təşəkkür edib.

Yenicag.az xəbər verir ki, bu barədə onun feysbuk sosial şəbəkəsindəki hesabında yazılan paylaşımda bildirilir: “R.Hacılı Azərbaycan Avropa Hərəkatının İdarə Heyətindən dövlət başçısı cənab İlham Əliyevə Mehman kimi talantlı Azərbaycan gəncinə sahib çıxdığı üçün təşəkkür etməyi xahiş etdi. Öz işi ilə bağlı hələ ki, heç nə demək istəmədi. Hamıya maddi və mənəvi dəstəyinə görə minnətdarlığını bildirdi, ictimai dəstək təklif edən qurumlardan və dostlardan səbrli olmalarını bir daha rica etdi”.

O bildirib ki, artıq siyasi məhbus oyunu quraraq Azərbaycanın dövlət siyasətinə yön vermək istəyən hökumətdaxili qüvvələr ifşa olunmaqdadır.

“Ramin Hacılı zəng etmişdi. Yaxşı olduğunu və dostlarının nigaran qalmamasını söylədi. Dedi ki, dünən saxlanıldığı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüblər. Mehman yaxşıdı. Hər kəsə salamlarını çatdırmağı istədi. Dedi ki, Mehmanla qucaqlaşdıq, ikimiz də təsirləndik. Ona düz yolda olduğunu, yaxın günlərdə azadlığa qovuşacağını əminliklə söylədim” – deyə, vurğulanıb.

Qeyd edək ki, Ramin Hacılı ötən ilin iyununda Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd maddəsi ilə həbs olunub./Unikal.org/

www.yenicag.az

1916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv