Ramin Məmmədov: Onları narahat edən məsələlərin həlli yollarını müzakirə etdik – FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədov bu gün Əliləmbəyli və Çöl-Ağammədli kənd sakinləri ilə görüşüb.

Ramin Məmmədov bildirib ki, səmimi və məhsuldar görüşlərin sayı artmaqdadır: “Gözəl Azərbaycanımızın son illərdə əldə etdiyi uğurlar, ölkə rəhbərliyinin qətiyyətlə atdığı addımlar və nəticə kimi hər birimizin həyatında baş verən müsbət dəyişikliklərdən danışdıq. Eyni zamanda kənd sakinlərinin həyatlarının daha yaxşılaşdırılması üçün onları narahat edən məsələlərinin həlli yollarını müzakirə etdik”.

O, qeyd edib ki, görüşdən nikbin əhval-ruhiyə ilə ayrılan seçicilər 9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

COP29