Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədov da deputatlıq mandatı uğrunda mübarizə aparacaq.
Ramin Məmmədov deputatlığına namizəd olduğu Sabirabad rayonuna gedərək, seçicilərlə görüşür, onların problemləri ilə yaxından maraqlanır.
Bunu onun “Facebook” hesabındakı paylaşımlarında da görmək mümkündür. R.Məmmədov Sabirabadın Əhmədabad kəndinə gdərək, seçiciləri dinləyib.