Ramin Nəzir türk filminə çəkilir

Türkiyədə yayımlanan “Çukur” serialında canlandırdığı “Lal Fındık” obrazı ilə məşhurlaşan azərbaycanlı aktyor Ramin Nəzir yeni filmə çəkilir.

Yenicag.az xəbər verir ki, o, hazırda Antalyada çəkilişləri davam edən “Gerçek Kahramanlar” filmində rol alıb.

31 yaşlı aktyor sözügedən filmdə “Mavi Maske” obrazını canlandıracaq.

Komediya və aksiyon janrında çəkilən filmdə Altan Erkekli, Görkem Arslan, Seyithan Özdemir, Ömer Başdoğan, Enes Batur kimi Türkiyənin məşhur aktyorları da yer alıb.

Emin Səfərov