!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Alıyev: “Bunların fəaliyyəti dayandırılmalıdır”

!Reklam – Yazi

siaphoto_495380“Bəzi siyasi partiya sədrləri və rəsmiləri cəmiyyətdə siyasətçi kimi tanınmaqdan çox, “siyasi biznesmen” kimi tanınırlar. Öz siyasi konsepsiyası , platforması olmayan, xarici ölkələrin xüsusi xidmət orqanlarına kəşfiyyatçılıq edən partiya sədrləri hakimiyyətə gəlməkdən ötəri elektrotatın gücünü əldə etmək üçün deyil, hansısa ölkənin xüsusi xidmət orqanının, “rəngli inqilab”ları təşkil edən fondların nə qədər maliyə ayırmasını düşünürlər”.

Bu fikirləri SİA-ya açıqlamasında Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev deyib.
Politoloq qeyd edib ki, bu insanlar 5-ci kalon olmaqdan ötə heç nəyə nail ola bilmirlər: “Əslində ölkəmizdə kifayət qədər siyasi partiya var. Amma bu gün bir neçə siyasi partiyadan başqa heç biri noyabrda keçiriləcək parlament seçikilərinə dair hazırlıqlar aparmır. Yeni, müasir dövrün tələblərinə uyğun konsepsiyalar, platformalar ortaya qoymaq əvəzinə başqa işlərlə məşğuldurlar. Əgər ölkədə keçirilən hər hansı bir seçkidə fəaliyyətləri ilə gündəmi zəbt edə bilmirlərsə, o zaman bu cür siyasi partiyalar nəyə lazımdır? Onların bir çoxunun işi seçki zamanı ölkəmizdə olan bəzi ölkələrin səfərliklərinin təlimatlarını həyata keçirməkdən ibarətdir. Radikal müxalifət siyasi partiyalarının sədrləri oturub həm xarici dairələrdə olan himayədarlarlarından, həm də düşmən ölkənin lobbisi tərəfindən təlimatlar gözləyirlər. Bunun müqabilində onlara ayrılacaq maliyəni necə bölüşəcəklərini müzakirə edirlər. Bu baxımdan da hesab edirəm ki, bunların fəaliyyəti ümumiyyətlə dayandırılmalıdır”.

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv