Ramiz Əzizbəyli bayram günü kövrəldi: “O günü gözləyirəm”

Uzun müddətdir ki ağır xəstəliklə mübarizə aparan tanınmış aktyor Ramiz Əzizbəyli sağalacağı günü ümidlə gözləyir.  

Yenicag.az-a açıqlama verən xalq artisti Novruz bayramı ərəfəsində arzusunu dilə gətirib:

“Xəstəyəm, hələ də sağalmamışam. Novruz bayramıdır, bayram günündə mənim də arzularım var. Kino çəkmək üçün çox darıxıram, sağalıb, yeni film çəkmək arzusundayam. O günü gözləyirəm”.

Qeyd edək ki, aktyor illərdir ki insult xəstəliyindən əziyyət çəkir. Bir neçə ay öncə xalq artistinin ayaq barmağı amputasiya olunub.

Cəvahir

COP29