Ramiz Əzizbəyli xəstəxanadan evinə aparıldı – Xanımı son durumunu açıqladı

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli xəstəxanadan evinə aparılıb.

Bu barədə Yenicag.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli açıqlama verib. O, aktyorun evdə müalicəsinin davam etdirildiyini bildirib:

“Ramizi evə gətirdik, istəmədik ki, yeni ildə xəstəxanada qalsın. Evdə müalicəsi davam etdirilir. Hər gün həkim nəzarəti altındadır. Qərarı onlar verir. Qərar versələr, yenidən xəstəxanaya yerləşdiriləcək. Hələ ki heç nə deyə bilmərik”.

Xalq artistinin xanımı aktyorun yeriyə bilmədiyini də bildirib.

Cəvahir

 

COP29