Ramiz Əzizbəylinin məzar daşı niyə hazır deyil? – Xanımından AÇIQLAMA / FOTO

Vəfatından 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, tanınmış aktyor, mərhum Xalq artisti Ramiz Əzizbəylinin məzardaşı hələ də hazır deyil.

Həyat yoldaşı Zümrüd Əzizbəyli Yenicag.az-a açıqlamasında sualımıza belə aydınlıq gətirib:

“Biz özümüz onun məzarının üstünü götürəcəyik. Öz maliyyə hesabımıza. Ürəyimiz istəyən formada məzar daşı olacaq”.

Qeyd edək ki, aktyor 9 iyun 2021-ci ildə dünyasını dəyişib və Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Cəvahir