Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Ramiz Əzizbəylinin qızı: “Deyir, sağalıb yeni filmlər çəkəcəm”

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək üçün Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.

Aktyorun qızı Cəlalə Əzizbəyli təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın atama göstərdiyi diqqət və qayğı bizi həddən artıq təsirləndirdi. Çox sevindik. Atam sənət və yaşamaq eşqi ilə yanır, amma yataq xəstəsidir, hərəkəti məhduddur. Bu diqqətdən sonra onda stimul yarandı. Deyir, yaşamaq həvəsim artıb, sağalıb yeni filmlər çəkəcəyəm. O, özü də bu arzularını gerçəkləşdirəcəyinə inanır. Atama olan qayğını bir daha sənət adamlarına olan yüksək diqqətin nəticəsi kimi qiymətləndirik. Bu sevinci bizə yaşatdığına görə Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk”.

Cəvahir

www.yenicag.az

1337
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM