Ramiz Əzizbəylinin SON ARZUSU – QIZI AÇIQLADI – FOTOLAR

“Atam sənətini və həyatı çox sevirdi, bu dünyadan köçmək istəmirdi. Amma xəstəlik aman vermədi”.

Bunu Yenicag.az a açıqlamasında dünən axşam dünyasını dəyişən Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib.

O, atasının arzularının yarımçıq qaldığını bildirib:

“Atamın yanında qalırdım xəstəxanada. Sonuncu gün halı pisləşdi və onu reanimasiyaya yerləşdirdilər. Mayın 28-də son dəfə ona dedim ki, ata, biz xəstəxanadan bir yerdə çıxacağıq. Amma qismət olmadı. Arzuları vardı. Ən böyük arzusu yeni kitabını çap etdirmək idi. Çox gözləyirdi o kitabı. İstəyirdi ki, ayağı sağalsın, ayağa qalxsın, sağalırdı da. Amma koronavirus aman vermədi. Yarımçıq qaldı arzuları”.

Cəvahir
Cavid