Ramiz Mehdiyev bu gün istefa ərizəsini İlham Əliyevə təqdim edəcək

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən – fevralın 16-da işə çıxıb:

“O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə, bu gün o, istefa ərizəsini Prezident İlham Əliyevə təqdim edəcək”.