!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Ramiz Mehdiyev təyin etdiyi icra başçılarına tapşıracaq ki, filan partiyalar üçün “üzv” toplayın” – ETİRAZ

!Reklam – Yazi

“Siyasi partiyalar haqqında qanunun yenidən işlənməsi, narazılıq və risk doğuran müddəaların oradan çıxarılması lazımdır”.

Bu fikirləri Milli Məclisin payız sessiyasının başlaması ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarılmasının aktuallaşması haqda danışan Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsində yer alan və ciddi mübahisələr doğuran müddəalar oradan çıxarılmalıdır:

“Açığı, siyasi partiyalar haqqında yeni qanun layihəsinin harada və kimlər tərəfindən hazırlandığına dair məlumat verilmir. Ümumiyyətlə, bildiyiniz kimi, ölkədə bir siyasi dialoq mühitinin yaradıldığı bildirilir. Amma bu dialoq partiya rəhbərlərinin müxtəlif bölgələrə birgə səfərləri və çaya balıq buraxmaqla olmur axı…

Hesab edirəm ki, o layihənin hazırlanmasında partiya rəhbərlərinin iştirakı təmin olunmalı və bundan sonra təqdim edilməli idi. Belə olmadığı üçün layihədə çox sayda qaranlıq məqamlar, ziddiyyətlər var. Məsələn, partiyaların təsis edilmə qaydası və üzvlərinin sayı ilə bağlı tələb dünya praktikasında olmayan bir şeydir.

Çox təəssüf ki, burada da “beşinci kolon”un “əl içi” hiss olunur. Yəni Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırılsa da, onun siyasi proseslərə və hətta qərarlara təsir imkanları qalmaqdadır. Belə çıxır ki, Ramiz Mehdiyev təyin etdiyi icra başçılarına tapşıracaq ki, filan partiyalar üçün “üzv” toplayın. Milli mövqedə dayanan partiyalara isə bu məsələdə əngəllər yaradılacaq.

Bu isə çox təhlükəli proseslərə yol aça bilər. Ona görə də, siyasi partiyalar haqqında qanunun yenidən işlənməsi, narazılıq və risk doğuran müddəaların oradan çıxarılması lazımdır. Yalnız bundan sonra partiyaların da iştirakı ilə normal və məhsuldar müzakirələrin keçirilməsi daha doğru olardı. Əks halda, “beşinci kolon” ölkədə gərginlik yaratmaq üçün bu məsələdən yararlanmağa çalışacaq”.

A.Zeynalov

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv