“Ramiz Mehdiyev ya ağlını itirib, ya da şüurlu şəkildə ölkəni qarışdırmaq istəyir” – Fəzail Ağamalıdan ÖLDÜRÜCÜ İTTİHAM

“Mənə belə gəlir ki, onun susmamasının arxasında hansısa məkrli niyyət dayanır”.

Bu fikirləri Yenicag.az-a geniş açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasınnın (AMEA) prezidenti Ramiz Mehdiyevin susmaq bir yana, hətta onu tənqid edənləri şantajla hədələməkdən çəkinməməsinə münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, Ramiz Mehdiyev Azərbaycan xalqında ona qarşı dərin nifrət yarandığını qəbul etmək istəmir.

“Həyatım və fəaliyyətim hər zaman şəffaf olub. Nə dövlətimə, nə də xalqıma heç vaxt xəyanət etməmişəm. Fəaliyyətim xalqın gözü önündədir. Mehdiyevin dediyi sözlərin mənə qətiyyən aidiyyatı yoxdur. Əgər məhkəməyə vermək istəyirsə, bu, onun hüququdur, verə bilər.

Ancaq nəzərə almalıdır ki, Milli Məclisin deputatlarını məhkəməyə vermək qanunla qadağandır. Ona haqqında söylənən tənqidlərdə təhqir elementləri yoxdur, hamısı normal fikirlərdir. Həmin tənqidlərə görə heç kəs məsuliyyət daşımır. O, istəsə, Milli Məclisin rəhbərliyinə müraciət edə bilər. Müraciətində ciddi, araşdırılmasına ehtiyac duyulan məqamlar olarsa, o halda məsələ Milli Məclisin rəhbərliyi, yaxud da İntizam Komissiyası səviyyəsində müzakirəyə çıxarıla bilər.

Bildiyim qədər, deputatların heç biri onun iddia etdiyi kimi, böhtan və təhqir xarakterli fikirlər söyləməyiblər. Sadəcə, bəzi millət vəkilləri Ramiz Mehdiyevin nəvəsinin karantin rejimi qaydalarının pozulması şəraitində keçirilmiş toyu haqqında fikirlərini ifadə ediblər.

Eyni zamanda, bu hərəkət sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi və demək olar ki, əksəriyyət Ramiz Mehdiyevi qınadı. Buna da normal yanaşmaq lazımdır. Azərbaycan müstəqil, demokratik, azad ölkədir. Hər kəsin öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var. Bu, Konstitutsiya ilə təsbit olunub. Hər halda, Ramiz Mehdiyev də bunu bilməmiş deyil.

Ona görə də, təəccüb edirəm ki, o, bu düşüncə ilə 25 il yüksək dövlət vəzifəsində necə işləyib? İndi hər kəs sussa da, Mehdiyev susmur. Görünür, bu məsələ ətrafında müzakirələrin davam etməsi onun marağına uyğundur. Mənə belə gəlir ki, onun susmamasının arxasında hansısa məkrli niyyət dayanır. Ramiz Mehdiyev Azərbaycan xalqında ona qarşı dərin nifrət yarandığını qəbul etmək istəmir.

Baxın, Ramiz Mehdiyev qanunu pozduğuna görə dövlətdən, xalqdan üzr istəmək əvəzinə, yenə də millət vəkilləri ilə jurnalistlərin üstünə gedir. O ya ağlını itirib, ya da şüurlu şəkildə ölkəni qarışdırmaq istəyir. Onun çox pis niyyəti var”.

Milli vəkilinin fikrincə, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin keçmiş əməllərini tam şəkildə üzə çıxarmalıdırlar:

“Hüquq-mühafizə orqanları onun bütün keçmiş əməllərini araşdırmalıdır. Eyni zamanda, çox sayda vətəndaşın mülkiyyətini ələ keçirmək ittihamı ilə ona qarşı cinayət işi açılmalıdır. Mehdiyevin Abşeron rayonunda, həmçinin ölkənin başqa regionlarında min hetarlarla torpaq sahələrini necə ələ keçirdiyi araşdırılmalıdır. Onun özünün və ailə üzvlərinin faktik əməkhaqqı ilə əllərində olan mülkiyyətin dəyəri tutuşdurulmalı, bütün bunlara aydınlıq gətirilməlidir.

Lakin Ramiz Mehdiyev bu cür danışmaqla, hər kəsi hədələməklə, özünə qarşı güzəşt limitini tükəndirir. Xaricə gedərək, oradan Azərbaycana, dövlətçiliyə, ölkə rəhbərliyinə və onun ailəsinə qarşı şər, böhtan, əxlaqdan kənar fikirlər səsləndirənləri də məhz Mehdiyev kurasiya edir. Qurban Məmmədov və digərləri ölkəyə gətirildikdən sonra bir çox məsələlərin üstü açılacaq. İndi söz hüquq-mühafizə orqanlarınındır.

Onun özü azmış kimi, kürəkəni də həbsxanadan çıxıb insanları hədələyir, xalqı aşağılayır. Hamı sözünü deyib, mövzu bitib, ancaq Ramiz Mehdiyev susmur, açıqlamalar verərək, hər kəsi qıcıqlandırır. Bunun qarşısı nəhayət, alınmalıdır.

Ramiz Mehdiyev deyir ki, kimsə onun qarşısında diz çöküb, kimlərəsə yaxşılıq edib. Adama deyərlər, dövlət sənin dədənin malı idi? Dövlətin müəyyən qurumları var, orada işləyənlər də Azərbaycan vətəndaşlarıdır. Onlar da öz dövlətinə, xalqına xidmət etmək istəyiblər. Prosedur qaydalarının tələbi ilə onların yolu sənin də kabinetindən keçib, sən də kiməsə “hə”, kiməsə də “yox” demisən. Onları niyə nankor adlandırmalıdır, onlar nəyə görə Ramiz Mehdiyevə borclu olmalıdırlar?

Onun şəxsən mənə zərrə qədər yaxşılığı keçməyib, hər zaman pislik edib. 1998-ci il prezident seçkilərindən sonra mənə düşmən kəsildi. Partiyamın qərargahını ələ keçirdi, həmin ərazidə özünə müəssisə yaratdı. Partiyamın strukturunu dağıtmaq üçün əlindən gələni etdi. Onun kömək etdiyi insanlar bu gün də ətrafındadırlar, hələ ki susublar, onu müdafiə etmək üçün fürsət gözləyirlər”.

Fəzail Ağamalı daha sonra Ramiz Mehdiyevə səslənərək, onu məhkəməyə verməyə çağırıb:

“Nəyi gözləyirsən? Şəxsən məni ver məhkəməyə, əgər verə bilirsənsə. O, heç bir millət vəkilini məhkəməyə verə bilməz. Çünki millət vəkillərinin, jurnalistlərin Mehdiyev haqqında dediklərinin hamısı həqiqətdir. Sus, özündə cəsarət tap, tutduğun vəzifələrdən istefa ver, get, evində otur. Ramiz Mehdiyev görmür ki, xalq onu sevmir, onun barəsində nə düşünür? O zaman bütün Azərbaycan xalqını məhkəməyə versin.

Ramiz Mehdiyev, sən bu xalqdan deyilsən, özün də, ətrafın da hamısı ermənidir. Ancaq erməni təfəkkürlü insanlar Azərbaycana qarşı düşmənçilik apara bilər”.

Səxavət Məmməd

COP29