Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.

Yenicag.az məlumat verir ki, R.Mehdiyev İ.Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı büyük potensial imkamların olduğunu diqqətə çatdırıb. O, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Nazir ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada bütün sahələrdə olduğu kimi qeyri-neft sektorunun xüsusilə, kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.

Xatırladaq ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə ölkə prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə təyin edilib.