“Miqrasiya xidməti Respublikanın qapısıdır, bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.
Ramiz Mehdiyev ölkə başçısının miqrasiya xidmətinin fəaliyyətinə müəyyən iradlar tutduğunu və bunların tezliklə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırdı.
“Cənab prezident hesab edir ki, miqrasiya xidmətində təmizlik, aşkarlıq, şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamalıdır ki, sabah bu məsələlər yenə baş versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunsun. Miqrasiya xidməti Azərbaycanın qapısıdır. O şəffaf işləməlidir. Ölkəyə, dövlətə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə belə qurum Azərbaycan üçün lazımsızdır”.
Yeni təyin olunan Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov Prezidentin ona göstərdiyi etimadı doğruldacağına söz verdi.
“Sizə də Dövlətimizin rəhbərliyinə də əmin etmək istəyirəm ki,bu tapşırıq vəzifələrin öhdəsindən gəlmək üçün bütün bilik bacarığımızdan əlimizdə olan bütün vasitələrdən istifadə edərək bizim qurumda şəffaflığın, məsuliyyətli yanaşmanın vətəndaş məmnunluğunun təmin olunması üçün bütün tədbirləri həyata keçirəcək”.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdimat mərasimindən sonra “ATV Xəbər”in suallarını cavablandırıb. Onun sözlərinə görə artıq təyinatların böyük hissəsi baş tutub, amma bəzi yeniliklərin olacağı da istisna deyil.
Gənc kadrların təyin olunması Azərbaycanın gələcək inkişafı ilə bağlı çox mühüm məsələdir və cənab prezident bu məsələlərə böyük diqqət göstərir. Məlum olduğu kimi son vaxtlar prezidentin sərəncamları olub bununla da müəyyən gənc kadrlar müxtəlif yüksəsk vəzifələrə təyin olunub.etimad böyükdür hesab edirik Azərbaycan yeni səhifəni açır dövrü başlayır bunun üçün kadr dəyişikliyi də olmalıdır yeni qüvvələr gəlməlidir müasir düşüncəli insanlar xarici dil bilən yaxşı ixtisas alan insanlar növbəti sərəncam ola bilər əsas sərəncamlar verilib vəzifələrə kadrlar təyin olunublar(ATV)