!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Mehdiyevin “ARİ İDEOLOGİYASI”: Akademik Azərbaycanda erməni izini necə “qədimləşdirir?” – Tarixçidən CAVAB

!Reklam – Yazi

“Azərbaycan tarixşünaslığında ermənilərin bizim torpaqlara köçürülməsinin Türkmənçay müqaviləsinə uyğun baş verdiyi təsbit olunub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin ermənilərin Azərbaycanda orta əsrlərdən məskunlaşdıqları haqda iddialarına münasibət bildirən tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli deyib.

Avqustun 2-ci yarısından etibarən, ciddi qalmaqalların mərkəzində yer alan AMEA-nın prezidenti Ramiz Mehdiyev nəvəsinin toyundan sonra kifayət qədər fəallaşıb. Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə ünvanına deyilən çox ciddi ittihamları belə vecinə almayan akademik artıq məişət zəminində üzləşdiyi tənqidləri də cavabsız buraxmır.

Həmin tənqidlərə rəhbərlik etdiyi qurumun saytında xüsusi açıqlamalarla cavab verən Mehdiyev özünü bu müstəvidə “təmizə” çıxarmaq cəhdindən sonra mövzu və istiqaməti kəskin dəyişib. Akademik http://www.science.gov.az saytında yerləşdirdiyi “Ermənistanın hibrid müharibəsi fonunda Dövlətimizin maraqları hər şeydən üstündür!” adlı məqaləsində Azərbaycan tarixi, xarici siyasəti, mədəniyyəti, mediası və başqa məsələlərə dair görüşlərini açıqlayıb.

Aydın məsələdir ki, Mehdiyev qeyd olunan sahələr üzrə vəziyyəti tənqidi qiymətləndirib. Sanki Prezident Administrasiyasına rəhbərlik etdiyi 26 il ərzində həmin sahələri onun özü yox, bir başqası kurasiya edib.

Qeyd olunan məqalədə diqqəti ən çox cəlb edən məqam Mehdiyevin “ari ideoloqu” kimi görünərək, ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdığı tarixi “qədimləşdirməsidir”. O, xeyli irəli gedərək, müasir tarixçilərimizi Azərbaycanda “erməni izi”ni geriyə çəkməkdə ittiham edib və bununla həm də birbaşa olaraq, dövlət siyasətinə qarşı çıxmaqdan çəkinməyib. Mehdiyevin məqaləsindəki o hissə akademikin erməni təəssübkeşliyinin miqyasını təsəvvür etməyə imkan verir:

“Növbəti problem, heç şübhəsiz ki, təbliğatımızın elmi əsaslarının zəifliyidir. Çox təəssüf ki, illər boyunca bizim təbliğatımız mənbələrdən çox, emosiyalara, pafosa, kütləvi psixoloji təlqinə istinad edib. Tarixçilərimiz ötən dövr ərzində inadla sübut etməyə çalışıblar ki, Azərbaycanda Gülüstan və Türkmənçay sazişlərinə qədər ermənilər olmayıb. Onlar bura yalnız çarizmin gəlişindən sonra köçürülüblər.

Lakin digər tərəfdən, onlar bəyan edirlər ki, Qriqorian kilsəsinin mərkəzi Qaraqoyunlu hökmdarının razılığı ilə 1441-ci ildə İrəvan yaxınlığındakı Eçmiədzinə köçürülmüş və həmin vaxtdan etibarən Azərbaycan ərazisində yerləşmişdir. Səfəvilərin, Əfşarların təbəəsi olan ermənilərin Azərbaycan hökmdarlarına daim güzəşt və imtiyaz xahişlərilə üz tutduqlarını sübuta yetirən onlarla sənəd mövcuddur.

Biz bir tərəfdən haqlı olaraq Səfəvilərin və Əfşarların Azərbaycan türklərinin qurduqları nəhəng imperiyalar olduğunu bildirir, digər tərəfdən isə onların erməni təbəələrilə yazışmalarını görməzdən gəlirik. Belə yarımçıq məntiq ola bilərmi? Biz nədən çəkinirik?

Bəli, Azərbaycan ərazisində çarizmin gəlişinədək, bütün digər icmalar kimi, azsaylı erməni icması da mövcud olub və onlar bizim babalarımızın qurduqları dövlətlərin təbəələri qismində yaşayıblar”.

Ramiz Mehdiyevin bu iddialarını dəyərləndirən tarixçi-alim Dilavər Əzimli akademikin bu yanaşmasının tarixi əsasının olmadığını bildirib:

“İlk olaraq, olun qeyd etməliyəm ki, Azərbaycan tarixşünaslığında ermənilərin bizim torpaqlara köçürülməsinin Gülüstan və Türkmənçay müqavilərinə uyğun baş verdiyi təsbit olunub. Bu, tarixi faktlarla təsdiq olunan dəyişməz gerçəklikdir.

Bu gün erməni kimi tanınan toplumun, yəni hayların Azərbaycana köşürülməsinin tarixi qeyd etdiyim kimi, iki əsrdən o tərəfə getmir. Ermənilərə gəldikdə, burada ilk olaraq, o adın mənşəyini izah etmək lazım gəlir. Burada söhbət əlbəttə ki, türk əsilli ərmənlərdən gedir. O adın yayğınlaşması isə daha çox ərəblərin Qafqaza gəlişindən sonraya təsadüf edir. Ərmən, yaxud da Ərməniyyə adlanıdırılmış vilayət də ərmənlərin məskunlaşdığı coğrafiyanı əhatə etməklə yanaşı, haylara hər hansı aidiyyatı olmayıb. .

Yəni bu coğrafiyada indiki ermənilər kimi tanınan və ərmənlərə heç bir bağlılığı olmayan hayların məskunlaşması son iki əsrin hadisəsidir. Türkmənçay müqaviləsi əsasında bizim indiki ərazilərimizə köçürülmüş hayların əcdadı isə Hindistan qaraçılarıdır. Ermənilər bunu nə qədər inkar etsələr də, öz tarixlərini və statuslarını nə qədər böyütməyə çalışsalar da, Hindistan qaraçılarının törəmələri olduqlarını dana bilməzlər.

Ümumiyyətlə, çox təəssüf doğuran haldır ki, biz ermənilərin qaraçılardan törəmələri faktini beynəlxalq miqyasda diqqət mərkəzinə gətirməmişik. Əslində, bu gerçəyi lazımi səviyyədə dünyaya çatdırsaq, o zaman ermənilərin “qədim xalq” olduqları haqda iddiaları, yalanları sabun köpüyü kimi dağılar. Digər tərəfdən, bu, sadəcə, bizim əsaslandığımız bir fakt deyil. Məsələn, Patkanyan soyadlı erməni tarixçi özünün qaraçı nəslindən olduğunu gizlətmir.

Ermənilərin “Eçmiədzin” adlandırdıqları, əslində isə tarixi adı “Üçmüəzzin” olan o dini məbədin tarixinə baxsaq, yenə də onun haylarla əlaqəsinin olmadığını görərik. Qeyd etmək istərdim ki, qədim dövrlərdə böyük dini məbədlər adətən, həmin ərazidə daha əvvəl inşa olunmuş başqa məbədin yerində tikilirdi. “Üçmüəzzin” məbədi də o yerdə vaxtilə mövcud olmuş Tanrıçılıq və şamanizm inanclarının tapınağı olmuş tikili üzərində inşa edilib. Hayların “Üçmüəzzin” məbədinə sahiblənmələri, oranı “erməniliyin mərkəzi”nə çevirmələri isə onların ənənəvi hiyləgərlik və saxtakarlıqlarının nəticəsidir. Bilirsiniz ki, ermənilər bu gün də Azərbaycan ərazilərindəki alban xristian məbədlərinin onlara məxsus olduğunu iddia edirlər.

Ona görə də, ermənilərin “Üçmüəzzin” məbədini hiyləgərliklə ələ keçirmələrini onların Azərbaycanda qədimdən məskunlaşdıqlarının göstəricisi hesab etmək qətiyyən doğru deyil. Bir daha deyirəm, Azərbaycan tarixşünaslığında ermənilərin bizim torpaqlara köçürülməsinin Türkmənçay müqaviləsinə uyğun baş verdiyi təsbit olunub və bu, ən doğru yanaşmadır”.

Aqil Bəkir

www.yenicag.az

8150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv