!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ramiz Mehdiyevin indi tez-tez danışması özünümüdafiə instinktinin təsiridir” – Partiya sədri

!Reklam – Yazi

“Onun səslənən ittihamlara tez-tələsik cavab verməsi səslənən ittihamlardan yaranan narahatlığın göstəricisidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin onun ünvanına deyilən ittihamlara reaksiya verməsinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, Mehdiyevin ona ünvanlanan tənqidləri xüsusi açıqlamalarla cavablandırması əvvəlki arxayınlığının aradan qalxması ilə bağlıdır:

“Bildiyiniz kimi, Administrasiyanın rəhbəri olduğu uzun müddət ərzində Ramiz Mehdiyev onun ünvanına səsləndirilən tənqid və ittihamlara demək olar, əhəmiyyət vermirdi. Cəmi bir il əvvələ qədər Mehdiyevin hər hansı məsələ haqqında xüsusi açıqlama verə biləcəyi təsəvvürə gəlmirdi.

Amma vəzifəsindən azad edilərək, AMEA-ya göndərilən Mehdiyev özünün təsir imkanlarından məhrum olduğunun fərqindədir. Ona görə də, özü ilə əlaqədar mediada yayımlanan tənqidi, hətta ittiham xarakterli materiallara reaksiya vermək məcburiyyətində qalıb.

Hər halda, Mehdiyevin indi tez-tez danışması özünümüdafiə instinktinin təsiridir. Başa düşür ki, ittihamları cavabsız buraxması onun vəziyyətini daha da gərginləşdirə bilər”.

Aqil Bəkir

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv