Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən vəzifəli şəxslər cəzalandırıldı – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 3 tanınmış şəxs cərimələnib. 

Yenicag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

***

BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.

Yenicag.az xəbər verir ki, hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.