Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir VİDEO – Vəzifəli şəxslər də iştirak edib

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərasim Novxanıda bağ evində baş tutub.

Görüntülərdə Ramiz Mehdiyev də yer alıb.

Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.