Ramiz Mehdiyevin xanımı yenidən məhkəməyə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyevaya məxsus “Fireland Vineyards” MMC-nin keçmiş direktoru Elmir Səidov yenidən məhkəməyə müraciət edib.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, bu dəfə də Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barəsində iddia qaldırıb.

Elmir Səidovun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. Rəna Qafarova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Elmir Səidovla Qalina Mehdiyeva arasında bundan əvvəl də məhkəmə çəkişməsi olub. Mübahisənin kökündə vergi məsələləri dayanıb. Həmin işdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi də maraqlı şəxs qismində çıxış edib.

Çəkişmə 2021-ci ildən başlayıb. 2021-ci ildən davam edir. Həmin ilin yanvarında Elmir Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb.

Bu məsələ Ali Məhkəməyə qədər uzanıb. Nəticə barədə bilgi yoxdur.

“Fireland Vineyards” MMC 26 yanvar 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Elmir Səidov şirkətin direktoru vəzifəsində çalışıb. Qalina Mehdiyeva isə şirkətin benefisiarıdır.

Ramiz Mehdiyevin xanımı ilə Elmir Səidov arasında məhkəmə çəkişməsi başlayanda mediada məlumat yayılmışdı ki, o, milyonlarla manat mənimsəyib.

COP29