Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ramiz Məlik məhkəmədən danışdı: “Mən barışıq istəyirəm, Məleykə isə...”

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın həmkarı, xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası keçirilib. Qərara əsasən hər iki iddia təmin edilməyib.

Yeniçag.az-a açıqlama verən Ramiz Məlik Əsədovadan fərqli olaraq bu məsələnin sülhlə bitməsinin tərəfdarı olduğunu dilə gətirib:

“Məhkəmə oldu və iddialarımız təmin edilmədi. Məleykə xanım mənimlə məhkəmə çəkişməsinin davam etməsində iddialı olduğu halda, mən bunu istəmirəm. Barışıq istəyirəm, amma o özü bilər”.

Qeyd edək ki, R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

Cəvahir

www.yenicag.az

2190
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100