!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramiz Novruzov: “Bu zövqdən məhrum olmuşam”

!Reklam – Yazi

“Aktyor üçün səhnədə qaranlıq boşluğa baxıb monoloq söyləmək və sakitliyi duymaq qədər böyük zövq ola bilməz. Sonra bravo səslərini eşitmək. Bu zövqdən məhrum olmuşuq”.

Bunu tanınmış aktyor, xalq artisti Ramiz Novruz pandemiya dönəmində yaradıcı insanların teatrdan uzaq düşməsinə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti aktyorların da formadan düşdüyünü bildirib:

“Pandemiya sənət adamlarına çox təsir etdi. İşlər dayanırb, aktyorlar formadan düşüb. Tamaşaları oynasaq, ən azı bir ay məşq etməli olacağıq. Mən xarakter etibarı ilə elə insanam ki, bayram və istirahət günləri də teatra gedirdim. Amma pandemiyada teatrlar bağlandı. Hətta demişdim ki, pandemiyada ən zəhləmgetmiş adam üçün də darıxmışam.

Bəzi aktyorlar heç iş vaxtı da formalarına fikir vermirdilər, indi yəqin ki, daha da formadan düşüblər. Heç çoxunu neçə vaxtdır ki, görə də bilmirəm. Bəziləri var ki, idman edirlər, çalışırlar formanı qorusunlar. Amma səhnə danışığına təsir edir. Səhnədə danışıq aparatını işlətmədinsə, korşalır. Teatrda xarici qastrollara gedirdik, təcrübə mübadiləsi edirdik. Gedib görürdük ki, dünyanın hər yerində aktyor oyunu eynidir. Sadəcə olaraq, müqayisədə görürdük ki, güclü sistem qurmalıyıq. Sovet dövrünün ən pis tərəflərini saxlamışıq, müasir teatr ənənələrindən yararlanmırq.

Elə dədə-baba adəti ilə teatrı idarə etmək istəyirik”.

Ramiz Novruzov bəzi həmkarlarının səhnədən uzaq düşməsindən heç də narahat olmadıqlarını təəssüf hissi ilə qeyd edib:

“Aktyor üçün səhnədə qaranlıq boşluğa baxıb monoloq söyləmək və sakitliyi duymaq qədər böyük zövq ola bilməz. Sonra bravo səslərini eşitmək. Bu zövqdən məhrum olmuşuq. Yaradıcı adamlar üçün çox çətindir. Adam var, deyir maaşımı alıram da, oynamasam da olar. Elələri var illədir səhnəyə çıxmır, amma hamıdan qabaq nəyisə tələb edir. Onlar üçün fərqi yoxdur, onlar sadəcə aktyor kimi ştatdadırlar, amma aktyor deyillər. Amma yaradıcı adamların tamaşaçı, səhnə üçün burnunun ucu göynəyir”.

Cəvahir

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv