Xalq şairi Rövşən Ramiz Bakı Sağlamlıq Mərkəzində müalicə olunub.
Bu barədə Yenicag.az-a xəstəxanadan bildirilib.
“Xalqımızın sevimli şairi, 77 yaşlı pasiyentimiz Mərkəzimizə arterial hipertenziya, limfoödem diaqnozları ilə müraciət edib.
Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyev və komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan Ramiz Rövşən tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşaraq bu gün evə yazılıb”, – məlumatda deyilir.