Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi - FOTO

Mayın 17-də Xəzər Universitetinin “Neftçilər” kampusunda Avrasiya Akademiyasının 3-cü Rəsmi Məclisi keçirilib.

Yenicag.az xəbər verir ki, Avrasiya Akademiyasının 3-cü Məclisində seçilmiş elm adamları, elm və təhsil təşkilatçıları, ədəbiyyat, musiqi və incəsənət adamları, hökumət və Milli Məclis üzvləri, səfirlər, şirkət başçıları və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirin birinci hissəsində Akademiyanın tarixi, Avrasiya Akademiyasının yaranması və inkişafı haqqında film nümayiş etdirilib.

Fasilədə Xəzər Universiteti kamera orkestri Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Motsart və Murad Kajlayevin əsərlərindən musiqi parçaları ifa edib.

İkinci hissədə bəstəkar və dirijor Murad Kajlayev, alim, kollektor və xeyriyyəçi Nasser Xəlili/Khalili, şair və ssenarist Ramiz Rövşən və geoloq və ictimai xadim Celal Şengör haqqında tanıtım filmləri nümayiş etdirilib. Daha sonra onlara Avrasiya Akademiyasının üzvlük diplomu və Avrasiya Akademiyasının “Avrasiya Əfsanəsi” mükafatı təqdim olunub.

Qeyd edək ki, həm beynəlxalq, həm də regional mahiyyət daşıyan bir Akademiyanın yaradılması barədə məsləhətləşmələr 2012-ci ildə bir qrup intelektuallar, elm və sənət adamları arasında aparılıb. Bu zaman Akademiyanın təsisçiləri, əsas prinsipləri, seçilmiş üzvlərə veriləcək mükafatın ideyası, elm, texnologiya və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə veriləcək medallar, Akademiyanın adı və digər məsələlər haqqında ümumi razılıq əldə olunub.

Akademiyanıbn 5 qurucu üzvü Azərbaycan, Türkiyə və ABŞ vətəndaşıdır: professor Halil İnalcık, professor Lütfi Zadə, professor Mahmut Gazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı. Avrasiya Akademiyasının baş idarəsinin Azərbaycanda olması qərara alınıb.

Avrasiya Akademiyası 28 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Üzvlərə veriləcək və adı “Avrasiya Əfsanəsi” olacaq mükafat, həmçinin Avrasiya Akademiyasının 5 medalı (Ibn Sina, Nəsirəddin Tusi, İbn Xəldun, M.F.Axundzadə və Ü.Hacıbəyli medalları) hazırlanıb.

www.yenicag.az

1820