Ramiz Rzayev sualları cavablandırdı – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası və Ali Məhkəmənin 2018-ci ildə fəaliyyətinin yekunları ilə əlaqədar aprelin 17-də Ali Məhkəmədə mətbuat konfransı keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bu sənədin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən “yol xəritəsi” olduğunu bildirib.

Ali Məhkəmənin sədri qeyd edib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə Ali Məhkəmədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb və bu, məhkəmə sisteminin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Azərbaycan Respublikasının Prezidenti ötən il dekabrın 28-də “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklık edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu təsdiqlənib. Qanunda elektron məhkəmə sisteminin təmilləşdirilməsini nəzərdə tutan mühüm dəyişikliklər edilib.

Sədr deyib ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilib, Aparatda yeni texnologiyalar tətbiq edilib, maddi-texniki baza möhkəmləndirilib. Eyni zamanda, əvvəlki illərlə müqayisədə 2018-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi genişləndirilib.

Sonra Ali Məhkəmənin sədri Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin suallarını cavablandırıb.

COP29