Ramos üzr istəmədi

İspaniya La Liqasının 18-ci turunun “Sevilya” ilə səfər oyununda öz qapısına qol vuran “Real”ın müdafiəçisi Serxio Ramos buna görə üzr istəmək fikrində olmadığını deyib.

Yeniçağ.az xəbər verir ki, Ramos yerli mətbuata açıqlamasında qələbə kimi, məğlubiyyətin də bütün komandaya məxsus olduğunu deyib:

“Epizodu düzgün dəyərləndirə bilmədim. Kimdənsə üzr istəməyə məcbur deyiləm. Qələbə bütün komandanındı, məğlubiyyət də həmçinin”.

“Sevilya”nın yetirməsi olan Ramos sabiq klubuna qarşı səfər oyunlarında həmişə yerli azarkeşlərin təhqirlərinə məruz qalır:

“Bu dəfə də yaxşı oynadıq. Qoldan sonra arxayınlaşmadıq. Sadəcə, oyunu idarə edə bilmədik. Meydana çıxanda özümə qarşı bütün mənfi nüanslardan yayınmağa çalışdım. “Sevilya” mövsümün ilk yarısında yaxşı təsir bağışlayır”.

Xatırladaq ki, “Real”səfər oyununda əvvəlcə öndə olsa da, sonda 1:2 hesabıyla məğlub olub.

Yenicag.az