Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Ramoş"un oduna "Saşa" da yandı- FOTOLAR

Gəncədə odlu silahla saxlanılan “Ramoş” ləqəbli şəxslə əlaqəsi olan daha bir kriminal avtoritet saxlanılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, silahla saxlanılan Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini “Saşa” ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Üzərinə keçirələn baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl kriminal aləmdə “Ramoş” ləqəbi ilə tanınan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “ Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.

Loading...

www.yenicag.az

609
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100