Ramzan Kadırov ABŞ-a meydan oxudu – VİDEO

Çeçenistan Muxtar Respublikasının prezidenti Ramzan Kadırov ABŞ-la bağlı sərt açıqlamalar verib.

Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, Kadırov özü ilə barəbər 5 Rusiya vətəndaşının “Maqnitski” siyahısına daxil edilməsini məsxərəyə qoyub. İdman zalında çəkdiyi videonu “İnstagram” hesabından paylaşan Kadırov bu sözləri deyib:

“”Maqnitski siyahısı”… Amerikanlar yazır ki, mən bununla insan hüquqlarını pozuram. Kiçik, amma qürurlu Çeçenistan o boyda ölkəyə dinclik vermir. Mənə embarqo qoyublarmış. Özümü çox xüsusi hiss edirəm, ABŞ məni necə də böyük bir hədiyyəyə layiq görüb. Ancaq narahat olmasınlar, hələlik, ABŞ torpaqlarına daxil olmağımla bağlı təlimat almamışam”.

Həmçinin, Kadırov bildirib ki, ABŞ-ın kəşfiyyat orqanlarının narahatçılığına səbəb olduğu üçün özü ilə fəxr edir. İnsan hüquqlarını pozduğuna görə sanksiyaya məruz qalan Kadırovun sözlərinə görə, əslində, bu siyahıya Ağ Ev və Pentaqon rəsmilərinin adları daxil edilməli idi:

“Yerli amerikalıların, milyonlarla afrikalının qətlə yetirilməsini Xirosima və Naqasiki qurbanlarını, milyonlarla viyetnamlını, Əfqanistanı, İraqı, Liviyanı, Belqradı yaddan çıxartmısız? Mənim siyahım da ABŞ-ın qanlı davranışları ilə doludur. Çeçenistanda sülh və sabitlik hakimdir, ABŞ isə bütün dünyanı qana boyayır.”

Kadırov onu da əlavə edib ki, hətta ona mükafat versələr belə ABŞ-a getməz.

COP29