!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramzan Kadırov Bakıya gələ bilər - Döyüş olacaq

!Reklam – Yazi

Çeçenistanın “Axmat” klubunun təşkilatçılığı ilə Bakıda döyüş gecəsi keçiriləcək.

Bu barədə Yenicag.az-a döyüşə səhnə olacaq Bakı Olimpiya Stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, mayın 4-də keçiriləcək döyüşlərdə Azərbaycan, Rusiya, Ukrayna, Braziliya, Qırğızıstan və ABŞ idmançıları mübarizə aparacaq. Gecədə 10 döyüş və 1 superdöyüşün keçirilməsi nəzərdə tutulub.

“Axmat”ın rəhbəri, Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovun yarışa tamaşa etmək üçün Azərbaycana gəlib-gəlməyəcəyi isə hələlik sual altındadır.

Maraq üçün bildirək ki, azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov da “Axmat”ın üzvüdür. Cəmilə Sultanova onun yarışda tamaşaçı qismində iştirak edəcəyini bildirib.

www.yenicag.az

2161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv