!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramzan Kadırov postunu tərk etməlidirmi? – Çeçenistandan mövqe

!Reklam – Yazi

Çeçenistan prezidenti Ramzan Kadırovun “Rossiya 1” telekanalında istefa vermək istəyiylə bağlı verdiyi açıqlama ölkə gündəmini zəbt edib.

Vəzifədən getməyi ən böyük arzusu adlandıran Kadırov respublika üçün, xalq üçün məsuliyyət daşımağın çox çətin iş olduğunu bildirib.

Ramzan Kadırovun bu sözləri Çeçenistanda böyük rezonans doğurub. Hazırda onun həqiqətən istefa verib-verməyəcəyi müzakirə olunur.

Qafqazda münaqişələrin səbəbini araşdıran yazışı-araşdırmaçı İslam Saydayev Yenicag.ru-ya açıqlamasında Çeçenistan liderinin açıqlamasını şərh edib:

“Ramzan Kadırov bizim regionumuzu idarə etməyin çox çətin iş olduğunu deyir. Onun bu sözlərilə tamamilə razıyam. Lakin çətinliklər artıq geridə qalıb. Vəzifə çox məsuliyyətlidir. Çeçen xalqı hakimiyyəti idarə etmək haqqını məhz Ramzan Kadırova etibar edib. O isə respublikanı uğurla inkişaf və çiçəklənməyə doğru aparıb. Kadırov respublikada vəziyyətin stabilləşməsi üçün az səy sərf etməyib.

Düşünürəm ki, o vəzifəsini tərk etməməli, hətta əksinə daha yüksək postlarda qərarlaşmalıdır. Region liderinin gedişinə dair qərar ən yüksək səviyyədə qəbul olunur. Buna xalq qərar verir. Əgər mənim fikrimi, çeçen xalqının fikrini soruşsalar, biz onu heç hara buraxmayacağıq.

Hesab edirəm ki, Ramzan Kadırovun yeri daha yüksək – general-qubernator, hansısa federal dairə başçısı və digər bu kimi postlardır. Hətta onun səlahiyyət müddəti başa çatıbsa da, bu o demək deyil ki, yaxşı rəhbəri işdən azad etmək lazımdır. Yaxşı idarəçini xalq dəstəkləyir və tələb edir ki, o, işləməyə davam etsin”.

www.yenicag.az

2127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv