Ramzan Kadırov Türkiyə prezidentinə müraciət etdi

167229_res_01Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Türkiyədə saxlanmış üç çeçen döyüşçünün ekstradisiyası xahişilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, söhbət Maxran Saidov, Aslanbəy Vadalov və Tarxan Qaziyevdən gedir. Kadırovun sözlərinə görə, onlardan hər biri çoxsaylı terror aktları təşkil etməkdə, hərbçilərin, polis əməkdaşlarının və mülki şəxslərin qətllində günahlandırılırlar.

“Bu terrorçular məhkəmə qarşısına çıxaraq qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Bu xüsusilə Türkiyə üçün əhəmiyyətlidir, çünki əgər ölkədə bütün dünyada məşhur terrorçular varsa, orada sabitlik haqqında düşünmək mümkün deyil”, – bu barədə Çeçenistan hökumətinin saytında Kadırovun adından yayılmış məlumatda deyilir.

Daha əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Şimali Qafqazda silahlı qruplaşmaların liderlərindən olan Aslanbəy Vadalovun İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi üçün sənədlər hazırladığı bildirilirdi. Ancaq o və başqa döyüşçülərin tezliklə vətənlərinə qaytarılması sual altındadır. Çünki keçən ilin sonunda “Su-24” qırıcı təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyə ilə hüquqi qarşılıqlı yardım haqqında müqavilədən çıxdığını bəyan etmişdi. Lakin ekstradisiyanın yerinə terrorçuların deportasiyası edilməsi ehtimalı da gündəmdədir.