!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramzan Kadırovun qızının bank hesablarına HƏBS – Vergi QALMAQALI

!Reklam – Yazi

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızına məxsus İslam dəb evinin fəaliyyəti dayandırılıb.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ramzan Kadırovun əvvəl xanımına, indi isə qızı Ayşat Kadırovaya məxsus olan “Firdaws” İslam dəb evinin fəaliyyətinin vergidən yayınmaya görə dayandırıldığı bildirilir.

Həyata keçirilən tədbirlər nəticəsində dəb evinin bank hesablarına həbs qoyulub. Kadırovun qızının hansı məbləğdə vergidən yayındığı açıqlanmasa da, icra prosedurlarının 1,6 min rubl təşkil etdiyi məlum olub.

Qeyd olunur ki, “Firdaws”un baş ofisi və əsas istehsal şəbəkəsi Qroznıda yerləşir. Bununla belə, sözügedən dəb evinin Moskva, Mahaç-Qala və Dubayda da mağazaları açılıb.

23 yaşlı Ayşat həm də Çeçenistanın mədəniyyət naziri postunu tutur.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv