“Range Rover”lə “Lexus” toqquşdu – Tıxac yarandı – FOTOLAR

Bakı-Quba avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.

Yenicag.az-ın məlumatına görə, qəza zamanı “Range Rover”, “Lexus”, “Mercedes Benz” və “BMW” markalı avtomobillər toqquşub. Xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisəyə havanın yağışlı olmasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Unikal/