!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

!Reklam – Yazi

Sabah – 27 iyun 2018-ci il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində 2016-cı ilin aprel şəhidi polkovnik Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçiriləcək.

Yenicag.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cl ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

www.yenicag.az

2449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv