!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Raquf Orucovun ailəsinin aylıq təqaüdü – Təsdiqləndi

!Reklam – Yazi

 

raquf6-9848293Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin şikayətinə cavab verib.

Nazirliyin Mətbuat Xidmətindən daxil olan məlumata görə, 2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin hələ də təyin olunmaması, guya buna etinasızlıq göstərilməsi barədə bir sıra KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

Mətbuat xidmətinin rəhbəri Elman Babayev diqqətə çatdırıb ki, ölkəmizdə hər bir şəhid ailəsinə daim hörmət və ehtiram göstərilir, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunurlar. Cari il aprelin 2-dən 5-dək Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına aylıq sosial müavinətin təyin olunması tam təmin edilib: “Şəhidin həyat yoldaşı Sevinc Əlizadə şəhid ailəsi kimi onlara qeyd olunan sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti zamanı həmin sosial ödənişlərin təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan lazımi sənədləri tam tərkibdə təqdim etməməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq, əməkdaşlıq şəraitində qısa müddətdə həmin sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib. Beləliklə də şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsinə 907,70 manat aylıq əmək pensiyası, habelə 132 manat Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdü, ümumilikdə 1039 manat məbləğində aylıq sosial ödəniş təyin edilib”.

E.Babayev əlavə edib ki, həmçinin Sevinc Əlizadə üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib və aprel ayı da daxil olmaqla son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək”.

Şöbə müdiri onu da bildirib ki, qeyd olunanlarla yanaşı, Azərbaycan qanunvericiliyində şəhid ailələri üçün digər bir sıra güzəşt və imtiyazlar əksini tapıb və şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsi həmin güzəşt və imtiyazlardan da istifadə edə bilər.

Qeyd edək ki, dünən mediada polkovnikin xanımının açıqlaması yayımlanmışdı. Şəhid yoldaşı qurumların onu get-gələ saldığından da şikayətlənmişdi:

“Məni 4 aydır qapılarda süründürürlər. Halbuki, bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Sosial Müdafiə Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafi Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?”

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv