Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Rasim Balayev: “Dəvət etsələr, çəkiləcəm, etməsələr...”

Prezident İlham Əliyevin sərəncamına əsasən, dövlət sifarişi ilə film istehsalı üçün 5 milyon manat ayrılacaq.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış aktyor Rasim Balayev bu qərarı

Azərbaycan kinosunda son illər yaranan durğunluğun aradan qaldırılması üçün önəmli addım kimi qiymətləndirib:

“Dövlət sifarişi ilə filmlərin çəkilməsinə başlanılacaq, bunu alqışlayıram. Çünki son illər kino sahəsində durğunluq vardı, filmlər çəkilmirdi. Məni də dəvət etsələr, çəkiləcəm, dəvət etməsələr, yox. Təbii ki, ssenariyə baxacam, xoşuma gəlsə, razılıq verəcəm, xoşuma gəlməsə, yox”.

“Necə bir obraza çəkilmək arzusundasınız” sualına aktyorun cavabı belə olub:

“Əgər teatrda işləsəydim, bu sualı mənə versəydiniz, konkret cavabım olardı ki, “Otello”da “Yaqo”nu oynamaq istərdim. Ancaq kino fərqlidir. Bu yazılan ssenaridən asılıdır”.

Cəvahir

www.yenicag.az

2769
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM