Rasim Balayev: “Koronavirusla zarafat etmək olmaz”

Bir müddət öncə Türkiyədə əməliyyat olunan xalq artisti Rasim Balayevin səhhətində yaranan problemlər hələ də aradan qalxmayıb.

Yenicag.az-a açıqlama verən aktyor həkm nəzarəti altında müalicə olunduğunu bildirib:

“Fevral ayında Türkiyədə boynumdan ağır əməliyyat olundum. Hələ də düzəlməmişəm. Həkim nəzarətindəyəm, mütəmadi dərmanlar qəbul edirəm. Həkimlər deyir ki, tam sağalmağım üçün zaman lazımdır. Bir yandan da koronavirus ortaya çıxıb. Bu, çox ciddi virusdur, koronavirusla zarafat etmək olmaz. Bütün dünyanı cənginə alıb, nə qədər insan bu virusdan dünyasını dəyişir. Gigiyenik qaydalara əməl etmək, qorunmaq lazımdır. Yoxsa biz də İrandakı kimi acınacaqlı durumla üz-üzə qala bilərik”.

Cəvahir

COP29