!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rasim Balayev: “Pul, yox, maaş yox, evdə bağırları çatlayır”

!Reklam – Yazi

“Kino yoxdur, oturmuşam evdə, qapılmışam özümə. Kino çəkilsə, başım qarışar, səhhətimə də müsbət təsir edər. Məsələ burasındadır ki, kino komanda işidir, bir nəfərin öhdəsindən gələ biləcəyi iş deyil. Bunun üçün ssenaristlər, rejissorlar olmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rasim Balayev yaradıcılığındakı boşluqdan danışarkən deyib.

Aktyor seriallara çəkilmək istəmədiyini də bildirib.

Aktyorun “bir çox xalq artistləri seriallarda çəkilir, siz niyə çəkilmirsiniz” sualına aktyorun cavabı belə olub:

“Seriallara çəkilmək istəmirəm. Çünki serial bazarı bizdə hələ inkişaf etməyib, xalturadır, ssenarini də mənasız yerə uzadırlar. Xalq artistləri də neyləsin, məcburiyyətdən çəkilirlər. Oturublar evdə, pul yox, maaş yox, yaradıcılıq yox, bağırları çatlayır, ona görə də seriala çəkilməyə razılıq verirlər”.

Cəvahir

www.yenicag.az

2126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv