Rasim Balayevdən aktrisaya qalmaqallı sözlər: “Gözəl bədəni var…”

Xalq artisti, tanınmış aktyor Rasim Balayev filmlərdə istifadə olunan açıq-saçıq kadrlara münasibət bildirib.

Yenicag.az-a açıqlama verən aktyor dünya kinosu ilə müqayisə edib:

“Bütün dünyada filmlərdə 18+ kadrlardan istifadə olunur, amma əndazəni aşmamaq şərtilə. Əsas çılpaq bədəni və açıq-saçıq səhnələri göstərmək deyil, vacib olan məqsəddir. İran filmləri dünyada çox məşhurdur, bütün nüfuzlu beynəlxalq film festivallarında qalib olur. Amma orada məhəbbət səhnələrində heç əl-ələ toxunmur. Lakin sevgini o qədər gözəl təqdim edirlər ki, tamaşaçı o sevgiyə inanır. Bizdə isə belə deyil. Düzdür, bəzi qadınlar deyir ki, azad qadınam, nə istəsəm onu da edərəm. Hələ bir az gözəl bədəni varsa, daha da qürrələnir. Yüz faiz sizi əmin edirəm ki, həmin qadının məqsədi gözəl bədənini camaata göstərməkdir. Bu da müvəqqəti olaraq tamaşaçı cəlb edəcək. Belə filmlərə sənət əsəri demək olmaz. Peşəkar ona deyərəm ki, belə intim səhnələri çılpaqlığı ilə deyil, örtulu formada tamaşaçıya çatdırsın. Hər bir xalqın mentaliteti və mənəvi dəyərləri var. Biz də azərbaycanlıyıq, öz mental dəyərlərimizə hörmətlə yanaşmalıyıq”.

Cəvahir

COP29