Xalq artisti Rasim Balayev onun barəsində sərt ittihamlar səsləndirən Ayaz Salayevə verəcək cavabının olmadığını deyib.
Yenicag.az-a açıqlama verən Rasim Balayev öz fikrində qaldığını da bildirib.
“Mən öz fikrimdə qalıram. Azərbaycanda fəaliyyət göstərən iki eyni qurum – Azərbaycan Kinematoqrafçılar İttifaqı birləşdirilməlidir. Onsuz da gec-tez bu qurumlar birləşəcək. Qaldı ki, kiminsə mənim barəmdə söylədiklərinə, mənim ona veriləsi cavabım yoxdur”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) rəyasət heyətinin üzvü, rejissor Ayaz Salayev Yenicag.az-a açıqlamasında Rasim Balayev barəsində sərt ittihamlar səsləndirərək, onunla eyni qurumda təmsil olunmaq istəmədiyini bildirib. Buna səbəb olaraq, Rasim Balayevin onun barəsində söylədiyi fiikrləri əsas gətirib.
Cəvahir